Cudoçularımızın ilk opponentləri kimlər oldu?

Sabah Rio-2016-da cüdoçular mübarizəyə başlayacaqlar. Allsport.az saytı xəbər verir ki, “dördilliy”in mötəbər yarışında ölkəmizi 6 tatami ustası təmsil edəcək. Artıq onların ilk rəqibləri müəyyənləşib. Avqustun 6-da tatami üzərinə çıxacaq Orxan Səfərovun (60 kq) ilk rəqibi perulu cüdoçu Xuan Postiqos olacaq. Mübarizəyə ayın 7-də qoşulacaq Nicat Şıxəlizadə (66 kq) İspaniya idmançısı Suqoi Urarte ilə münasibətlərinə aydınlıq gətirəcək.

90 kq-da Məmmədəli Mehdiyev ayın 9-da rusiyalı Kirill Denisov ilə üz-üzə gələcək. İki gün sonra Elmar Qasımov (100 kq) rusiyalı Tahir Xaybullayev ilə qarşılaşacaq. Avqustun 12-də Uşanqi Kokauri Rio tatamisində latviyalı Arturs Nikiforenkodan güclü olmağa çalışacaq.

İlk mərhələdən azad olan Rüstəm Orucov (73 kq) avqustun 8-də Faye Nije (Qambiya)-Didar Hamza (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq. Cüdo yarışı avqustun 6-dan 12-dək keçiriləcək.

Həmin kateqoriyadan