“Davam” gənclər hərəkatının lideri anası ilə birgə şəhid general Polad Həşimovun ailəsini ziyarət edib

Dünən 2-ci Vətən müharibəsində 2783 şəhid verdiyimiz rəsmən açıqlanıb. Allsport.az saytının məlumatına görə, bu gün saat 12:00-da qəhrəman əsgərlərimiz bir dəqiqəlik sükutla anılıb. Şuşada bitən qeyri-adi Xarıbülbül gülü törənin rəmzi olub. Mərasimlə bağlı 3-cü Fəxri xiyabana kütləvi axın olub. Şəhidlərin məzarları ziyarət edilib.

İdman ictimaiyyəti də bu işdə geri qalmayıb. Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu və “Davam” gənclər hərəkatının idarə heyətinin idman sahəsi üzrə rəhbəri Rəsul Çunayev anası ilə birgə şəhid general Polad Həşimovun ailəsini ziyarət ediblər.

Həmin kateqoriyadan