Dünya kubokunda iştirak edəcək gimnastlarımız

Mayın 7-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarında iştirak edəcək millimizin heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edəcəklər.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da medallar uğrunda mübarizə aparacaq.

Turnirdə 36 ölkədən 170-dən çox gimnastın iştirakı gözlənilir.

Həmin kateqoriyadan