Dünya kubokunda toplarla hərəkətlərdə bürünc medal qazandıq

Qrup hərəkətləri millimiz Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda bürünc medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Dərya Sorokinadan ibarət komandamızın 5 topla çıxışı 44 xalla qiymətləndirilib.

Tokio-2020 yay olimpiya oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Həmin kateqoriyadan