Dünya və Avropa çempionu: Bu çətin gündə talassemiya xəstələrinə qan verməyi özümə borc bildim

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev xeyirxah addım atıb. Allsport.az saytı xəbər verir ki, titullu bahadır respublika talassemiya mərkəzi gələrək qar ehtiyacı olanlara yardım edib. O, işinə belə şərh verib:

“Məlum xəstəliklə bağlı insanların bayıra çıxmaqlarında məhdudiyyət olduğu üçün, #talassemiya xəstələrinə qan köçürmə problemləri yaşanır. Xüsusən, işlə bağlı icazəsi olanlar o xəstələrə kömək etsələr,çox gözəl olar.

Mən də bu xəstəlikdən əziyyət çəkənlərə qan verməyi özümə borc bildim. Ümid edirəm ki, iş icazəsi olmayan,amma sağlıq durumunda problemi olmayan insanlar da sms yazmaqla icazə alıb,ehtiyaclı xəstələrə qan verəcəklər”.

Həmin kateqoriyadan