Putinə və diktaturaya heyrandı, ona 6 il Avropa idarəçiliyini təklif edir. Ekklstoun Tramp və Hitleri də təriflədi

Berni Ekklstoun 1978-ci ildən bəri maliyyə və Formula1 idarəçiliyinə rəhbərlik edib. Allsport.az saytının məlumatına görə, onun hökmranlığı 39 il çəkib. Ta ki, şirkətin yeni sahibləri – “Liberti” – ingilisi istefaya göndərib şərti fəxri prezident edənədək.

İndi planetdə ən sürətli yarışların keçmiş təşkilatçısının 89 yaşı var və 43 yaşlı həyat yoldaşı Fabiana ilə birgə Braziliyada bir qəhvə plantasiyasında təqaüdçülüyün keyfini çıxarır. Onun 3,2 milyard dollar sərvəti var. Üstəlik, hələ də formadadır: yayda ailəyə yeni birisi qoşulacaq. İş adamı müsahibələrində də mükəmməldir.

Məsələn, “Autokar” jurnalı ilə sonuncu geniş söhbətdə o, Donald Tramp barədə bunu deyib: “Fikrimcə, ABŞ prezidenti hər şeyi gözəl edir – əla işləyir. Onun yaxşı niyyəti var və bunları təcəssüm etdirir”.

Adolf Hitler? “30-cu illərdə hakimiyyətə gələndə, çox yadda qalan işlər gördü: xəstəxanalar, təlimlər və s. Lakin sonra etdiyi hərəkətlər açıq-aşkar dəlilik və yanlış idi”.

Keçmiş F1 rəhbəri Vladimir Putin haqda da fikrini gizlətməyib: “Rusiya prezidenti ilə tanışam. Dünya tərəfindən tanınan mənfi nüfuza layiq deyil. O, sadə və düz insandır”.

Həmin kateqoriyadan