- Baxış sayı: 36
- 13 May 2025 21:07
- Baxış sayı: 76
- May 13, 2025
- 0
Moskvada bədii gimnastika üzrə “Ən güclülər” kubokunun birinci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, hazırkı Rusiya çempionu Mariya Borisova çoxnövçülükdə qalib gəlib, Vladislava Şaronova 2-ci, Ulyana Yanus isə bürünc medal qazanıb.
Bu gimnastlar fərdi yarışların finalında da mübarizə aparıblar. Mariya Borisova lent və gürzlə hərəkətlərdə qızıl medal qazanıb. Topla hərəkətdə Ulyana Yanus ən yaxşı idi. Ən parlaq qələbə halqada qeydə alınıb – Kalmıkiyadan Varvara Toporova sensasiyalı çempion oldu.