Esteban Okon: Tələsmədən trasda səhvlər üzərində çalışırıq

Allsport.az saytı xəbər verir ki, “Alpin“in fransalı sürücüsü testlərin 2-ci günündə trasda 49 dövrə tamamlayıb. Yeni A-523 bolidinin texniki problemləri müşayiət olunmayıb. Esteban Okon fikirini media ilə bölüşüb:

“Testlər yaxşı keçir. Bu günlərdə mövsümün ilk həftə sonunda bolid haqqında daha ətraflı təssüratım olacaq. Bu 2 gün ərzində bir çox məlumatları incələdik. Biz tələsmədən, trasda səhvlərimiz üzərində çalışırıq. Hələ ki, heç bir texniki narahatçılığımız yoxdur. Əminliklə deyə bilərəm ki, indi biz ötən mövsümdən daha hazırlıqlıyıq.

2022-ci ilin əvvəlində daha çox problemlərimiz var idi. Mən və komanda yoldaşım Pyer Qasli planlaşdırılan proqramı tamamladıq. Şübhəsiz ki, indi daha yaxşı durumdayıq. Sabah ilk yarışa daha yaxşı hazırlaşmaq üçün, bəzi detalları yoxlamalıyıq.

Bəhreyn qran prisin axşam saatlarda keçirildiyi üçün, sabah mən yürüşlərdə axşam iştirak edəcəm. Beləliklə, çempionatın birinci yarışında yaxşı çıxış etmək üçün, axşam şəraitində keçiriləcək qran priyə uyğunlaşacam“.

Həmin kateqoriyadan