Fərid Qayıbov: Qarabağda quruculuq işlərinin sürətlə davam etməsi bizi çox sevindirir

“Suqovuşanda növbəti idman bayramı keçirilir. Qarabağda ilk beynəlxalq yarışa məhz mayda Suqovuşan ev sahibliyi edib”. Allsport.az saytının məlumatına görə, bu sözü Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov dedi.

Bildirdi ki, 5 aydan sonra biz yenidən Suqovuşandayıq: “Mayda təşkil olunan turnirdə 5 ölkə iştirak edirdisə, hazırda 13 dövlətin avarçəkənləri mübarizə aparırlar. Bu inkişafın göstəricisidir. İnanıram ki, gələcəkdə ölkələrin sayı daha çox olacaq. “Mingəçevir reqatası” artıq beynəlxalq təqvimə əlavə olunub”.

Fərid Qayıbov əlabə etdi ki, Qarabağda quruculuq işlərinin sürətlə davam etməsi bizi çox sevindirir: “Məhz bu quruculuq işlərinin sayəsində idmançılar bu torpaqrlarda güclərini sınamaq imkanı əldə edirlər. Azərbaycan kanoe və avarçəkmə federasiyasının keçirdiyi iki turnirlə, yanaşı Şuşada velosiped və şahmat yarışları da təşkil olunub. Gələcəkdə işğaldan azad olunmuş ərazilərdə beynəlxalq turnirlərin sayı daha çox olacaq. Gələn ilin təqvim proqramı üzərində federasiyalar ilə birgə çalışarkən bunlar nəzərə alınacaq”.

Həmin kateqoriyadan