İlham Mədətov fərqlənən cudoçularımıza sertifikat təqdim edib

Rionun İdmançılar kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında cüdo komandamızla görüş olub. Allsport.az saytı xəbər verir ki, “dördillik”də ilk 5 yeri tutan millinin 2 üzvü – Rüstəm Orucov və Orxan Səfərov mükafatlandırılıblar.

Toplantıda olimpiyaçılarımızın nümayəndə heyətinin rəhbəri İlham Mədətov çıxış edib. O, Azərbaycana ilk gümüş medalı qazandırdığına görə, adi ilk çəkilən cüdoçuya təşəkkürünü bildirib. Vurğulayıb ki, Rüstəm Orucovun mükafat qazanması digər idmançılar üçün təkan olacaq, onlara qələbə əzminin artmasında böyük ruh verəcək.

Sonra İlham Mədətov bu 2 fərqlənən idmançımıza Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Rio-2016 Təşkilat Komitəsinin sədri Karlos Vuzmanın imzaları ilə sertifikatları təqdim edib.

Həmin kateqoriyadan