FİFA 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Kubokunun təqvimini təsdiqləyib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) icraiyyə komitəsi martın 18-də 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının təqvimini təsdiqləyib. Allsport.az xəbər verir ki, təqvimin hələlik elan olunmaması barədə razılaşdıqlarını bildirən Rusiyanın idman naziri Vitali Mutko onun dünya çempionatının ilkin püşkatması zamanı açıqlanacağını bildirib.

Nazir çempionatın talismanını hazırlamaq üçün müsabiqə elan ediləcəyini və bu işin 2016-cı ilin ortalarına qədər başa çatdırılacağını da qeyd edib. Mundialın ilkin püşkatması bu il iyulun 25-də Sankt-Peterburqun Konstantinovsk sarayında keçiriləcək.

Həmin kateqoriyadan