VİDEO, FOTO
“Ağ-qaralar” toplanışı qələbə ilə başa vurdu

“Neftçi” bu gün Antalya təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, “ağ-qaralar” Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşıb.

Görüş “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolu Denis Silva vurub.

Qeyd edək ki, “Neftçi” bunadək Antalyada Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0), “Elazığspor” (0:1) və Ukraynanın “Volın” (4:3) klubları ilə üz-üzə gəlmişdi.

 

 

Həmin kateqoriyadan