Formula 1 Avropa qran-prisinin əyləncə zonasının bağlanış günü olub

Dekabrın 19-dan başlayaraq Formula 1 Avropa Qran Prisi yarışına “Son 6 ay” tədbiri ilə bağlı Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə zonasının fəaliyyətinə 26 dekabr saat 20:00-dan etibarən son verilib. Allsport.az saytı xəbər verir ki, öncə azarkeşlərinin yüksək marağı və müxtəlif yaş qruplarını əhatə edən gündəlik 100 minə yaxın ziyarətçi sayı nəzərə alınaraq, bulvar ərazisində hər gün davam edən əyləncə məkanı 27 dekabr axşam saat 22:00-a kimi açıq elan olunmuşdu.

Lakin şəhərin mərkəz hissəsində Təqvim bayramı şənliklərinə gücləndirilmiş hazırlıq işləri ilə bağlı olaraq, yarışın Əməliyyat Şirkəti əyləncə proqramını bir gün tez sonlandırmağı qərar verib. Örtülü əyləncə zonasında quraşdırılmış simulyator oyunları, balacalar üçün fərqli əyləncə növləri, kompyuter oyunları, əsil Formula 1 avtomobili və əfsanəvi pilotların muzey eksponatları ilə tanışlıqda, paytaxt sakinlərinin istifadəsinə açıq və tamamilə pulsuz olub.

Həmin kateqoriyadan