Fransadan daha 1 qızıl medal

Fransada velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı “Fenioux Piste International” turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, yarışın 2-ci günü yığma komandamız növbəti qızılını əldə edib.

İlk yarış günü keyrin növündə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxan yığma komandamızın lideri Olqa İsmayılova 200 metr məsafəyə sprint yürüşündə də qarşısıalınmaz olub. Bununla da velosipedçimiz “Fenioux Piste International” turnirində 2-ci qızıl medala yiyələnib.

Digər idmançımız Nicat Niftəliyev isə həm omniumda, həm də sprintdə 9-cu nəticə göstərib.

Həmin kateqoriyadan