Gənc avarçəkənlərimiz beynəlxalq reqatada

Mayın 24-26-də Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.

Allsport.az xəbər verir ki, yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.

Məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə Amil Ramazanov, Əlimurad Hacızadə, Qiyas Əhmədov, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Paşa Əsgərov Bratislavada medal uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan