Gimnastımız 16-cıdır

Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir. Allsport.az xəbər verir ki, fərdi qadın gimnastların yarışında təmsilçimiz Dilarə Qurbanovanın çıxışı hakimlər tərəfindən 18,450 xalla qiymətləndirilib. Gimnastımız 16-cı pillədə qərarlaşdırılıb.

15-17 yaşlı gimnastların yarışına 20 xalla Rusiya idmançısı Varvara Zibina liderlik edir.

Sayca 9-cu olan bu yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.

Həmin kateqoriyadan