Gimnastlarımız dünya çempionatına vəsiqə qazandı

Bolqarıstanın Varna şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, ölkəmiz bu yarışda böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri proqramında təmsil olunub.

Fərdi proqramda təmsilçilərimiz Zöhrə Ağamirova və Arzu Cəlilova həm özünəməxsus çıxışları, həm də maraqlı və zərif geyimləri ilə göz oxşayıblar. Çoxnövçülükdə finala vəsiqə qazanan hər iki gimnastımız həlledici mərhələdə müvafiq olaraq 16-cı və 17-ci yerlərdə qərarlaşıblar.

Qrup hərəkətləri proqramında Azərbaycan təmsilçiləri Zeynəb Hümmətova, Nərminə Səmədova, Darya Sorkina, Ləman Əlimuradova və Yelizaveta Luzan hər iki proqram üzrə finala adlayıblar. Beş topla hərəkətlərdə altıncı olan qızlarımız, iki cüt gürz və üç halqa ilə final çıxışlarına görə medalın bir addımlığında dayanıblar. Çoxnövçülükdə isə komandamız 18 qrup komandası arasında yeddinci yerdə qərarlaşıb.

Gimnastlarımız komanda hesabında 7-ci olublar. Bundan əlavə, təmsilçilərimiz dünya çempionatında iştirak üçün vəsiqə qazanıblar.

Həmin kateqoriyadan