Gimnastlarımızdan Varşavada 3 medal

Varşavada bədii gimnastika üzrə “İrina Cup” beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi Kamilla Seyidzadə, Alina Məmmədova, Məryəm Əliyeva, Gövhər İbrahimova, Aydan Rəhimova və Şəms Ağahüseynova təmsil ediblər.

Təmsilçilərimiz turnirdən 1 gümüş və 2 bürünc medalla dönüblər.

Gənclər arasında yarışan Kamilla Seyidzadə lentlə final çıxışına görə, gümüş medala layiq görülüb. 2009-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən Gövhər İbrahimova çoxnövçülükdə bürünc medal qazanıb. Şəms Ağahüseynova isə 2010-cu il təvəllüdlülər arasında çoxnövçülük yarışlarında üçüncü olub.

2009-cu il təvəllüdlü idmançılar arasında yarışan Məryəm Əliyeva medalın bir addımlığında dayanaraq, çoxnövçülükdə dördüncü olub. Onunla eyni yaş qrupunda mübarizə aparan Aydan Rəhimova isə həmin proqram üzrə 7-ci olub.

Gənclər arasında iştirak etmiş daha bir gimnastımız Alina Məmmədova isə ən yaxşı nəticəni top və gürzlərlə göstərərək, hər iki çıxış proqramı üzrə finalda 6-cı olub.

Həmin kateqoriyadan