Gülhüseyn Abdullayev debüt yarışında 18-ci yeri tutub

“EuroFormula Open” çempionatının yeni mövsümünə start verilib. Allsport.az saytı xəbər verir ki, Gülhüseyn Abdullayev ilk dəfə bu mübarizəyə qoşulub. Mövsümün ilk yarışı Portuqaliyanın Eştoril şəhərində keçirilib.

Yarışın ən güclü komandası sayılan “Kampos”un üzvü olan pilotumuz yarışa sonuncu – 22-ci pillədə başlayıb. Yekunda 4 rəqibini geridə qoya bilən Gülhüseyn debüt yarışında 18-ci yeri tutub.

Onun komanda yoldaşı Leonardo Pulkini (İtaliya) finişə birinci çatıb. 2-ci mərhələ mayın 22-də Belçikada baş tutacaq. Çempionat ümumilikdə 8 mərhələdən ibarətdir.

Həmin kateqoriyadan