- Baxış sayı: 52
- 15 İyun 2025 21:38
- Baxış sayı: 66
- İyun 23, 2025
- 0
Kişi voleybolçulardan ibarət Azərbaycan komandası Avropa gümüş liqasında növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, milli İsveçdə təşkil olunan 1-ci tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib.
Komanda bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan milli 1-ci turu 3 xalla başa vurub.
2-ci turun qarşılaşmaları 13-15 iyunda Azərbaycanda təşkil olunacaq. Bu mərhələdə rəqiblər Lüksemburq və Macarıstan yığmaları olacaq.
Avropa gümüş liqası (kişilər)
I tur (İsveç)
6 iyun
Azərbaycan – İsveç 0:3 (13:25, 20:25, 14:25)
7 iyun
Gürcüstan – Azərbaycan 0:3 (20:25, 18:25, 18:25)