- Baxış sayı: 64
- 15 İyun 2026 10:57
- Baxış sayı: 120
- İyun 26, 2026
- 0
“Mersedes”in pilotu Luis Həmilton 7 dəfə dünya çempionu olmuş alman yürüşçü Mixael Şumaxerlə müqayisə olunmasına münasibət bildirib. Allsport.az xəbər verir ki, britaniyalı pilot bununla qürur duyduğunu deyib:
“Düzü, rekordlara baxmıram. Yalnız onu xatırlayıram ki, balaca olanda Şumaxerin titulları necə qazandığına tamaşa edirdim. Adımın onunla birgə hallanması mənim üçün böyük şərəfdir və ailəm bununla qürur duyur”.
Həmilton 6 dəfə dünya çempionu olub.