Həndbol federasiyasında hakimlər üçün iclas

Xəbər verdiyimiz kimi, noyabrın 12-də həndbol üzrə 29-cu ölkə çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, “AHF arena” da təşkil olunacaq yarışda 7 kişi, 5 qadın komandası mübarizə aparacaq. Dünən hakimlər üçün iclas keçirilib. Toplantını hakimlər kollegiyasının sədri Ələkbər Ağakişiyev aparıb.

Öncə yarışın direktoru İsgəndər Əsgərov çıxış edərək, həndbol qaydalarında edilmiş dəyişikliklər barədə məlumat verib. Bildirib ki, yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub isə 1 xal qazanacaq. Eyni zamanda hər komandanın rəqibi ilə iki gün ərzində qonaq və ev oyunlarını keçirəcəyi diqqətə çatdırılıb.

Sonra Ələkbər Ağakişiyev nizam-intizam meyarları və cərimələr haqqında danışıb. Həmçinin yarışın nümayəndələri və hakimlərin vəzifələri ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda bu və digər məsələlərlə bağlı təklif və fikirlər dinlənilib. Sonda iştirakçlkara geyim forması təqdim olunub, yeni mövsümdə onlara uğurlar arzulanıb.

Həmin kateqoriyadan