- Baxış sayı: 42
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Konya-2021 İslam oyunlarına mübarizə aparacaq qadın həndbol millisi hazırlığı Gürcüstanda davam etdirir. Komandanın kapitanı Rəna Həsənova (Nəsrəddinova) allsport.az saytına toplanış barədə açıqlama verib:
“Artıq bir aydan çoxdur ki, yeni baş məşqçi Slavişa Ristiçeviçin rəhbərliyi ilə çalışırıq. Komandanın serbiyalı mütəxəssisdən xoşu gəlir: çoxlu yeni tapşırıqlar, maraqlı məşqlər. Onun düzgün psixoloji yanaşması var.
Hazırda Tiflisdə toplanışındayıq, sparrinq oyunlar olacaq. Daha 2 təlim-məşq planlaşdırılır. Ümid edirik ki, belə qısa müddət ərzində komanda İslamiadada yaxşı oyun göstərəcək və layiqli çıxış edəcək”.