Həndbol seminarına yekun

Həndbol seminarına yekun

Həndbol federasiyasının hakim vəzifəsinə seçim seminarına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, tədbir hakimlik və yarış qaydalarında olan yenilikləri iştirakçıların diqqətinə çatdırmaq məqsədi daşıyır. Sonda 30-a yaxın namizəd imtahan verib.

Fərqlənənlərə AHF-nin sertifikatlarını təqdim edən Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov və həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

2 gün davam edən seminarın lektorları beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi olub. AHF tərəfindən eyni seminarların davamlı olunması nəzərdə tutulub.

Həmin kateqoriyadan