Günter Ştayner: Heç vaxt belə sınaqlar olmayıb

Allsport.az saytı xəbər verir ki, ABŞ komandası testləri yaxşı yekunlaşdırıb. “Haas”ın rəhbəri Günter Ştayner mətbuat konfransında açıqlama verib: ”Məncə bu, Formula-1 tarixinin ən yaxşı testləridir. Qırmızı bayraqları neçə dəfə trasda gördük? Üç?

Fikrimcə, heç vaxt belə sınaqlar olmayıb. 5 il əvvəl testlərdə hər 2-3 saatdan bir qırmızı bayraqlarla yürüşlər dayandırılırdı. İndi biz hamımız yalnız trasda məneəsiz məşqləri davam edirdik. Mən yalnız sürətli olduğumuz zaman sevinirəm.

Baxmayaraq ki, bu il işlər qaydasında gedir, hələ tam razı deyiləm. Halbuki, keçən mövsüm düşdüyümuz çuxurdan necə çıxa biləcəyimizi düşünürdük. İndi isə, bunun öhdəsindən gəlmişik”.

Həmin kateqoriyadan