VİDEO
Hafiz Baxşəliyev: Londonda ermənilərin təxribat cəhdlərinə imkan vermədik

Məlum olduğu kimi, Azərbaycanın tarixi torpağı Ərməniyyədə yaşayan xain yadellilərin ayın 12-dən başlayaraq ADR dönəmində bizim əraziyə daxil Göyçə mahalından Tovuz rayonu istiqamətinə müxtəlif silahlardan qəfil həmlələr ediblər. Bu savaşda şanlı ordumuzun düşmənə layiqli cavabı itkisiz başa gəlməyib. 12 şəhidin sırasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də olublar.

Zülmdən cana doyan Odlar yurdu övladları iyulun 15-də Qarabağa, bütün məmləkətə dəstək nümayişi keçirdi. Bu tədbir dünya Azərbaycanlılarını, digər türk xalqlarını və dost xalqları ayağa qaldırdı. Artıq Arazın o tayından, İraq azəriləri (türkmənlər) və Anadolu türkləri savaşmaq üçün birlik nümayiş etdirirlər. Polşanın ardında, İngiltərədə də soydaşlarımız düşmənə etiraz səsini ucaltdı.

Dünən Londonda Ermənistan səfirliyi önündə etiraz tədbirində haylar təxribat törətməyə cəhd etsələr də, buna imkan verilməyib. Böyük Britaniya paytaxtında yaşayan ictimai fəal, kikboks, muay tay və MMA döyüş növləri üzrə promouter Hafiz Baxşəliyev allsport.az saytına açıqlamasında bunu deyib:

“Ermənilər bizim gəlişimizi öncədən bilib, şüarlar səsləndirməyə başladılar. Biz onlardan çox idik. Qarşı tərəf azərbaycanlıları təxribata çəksələr də, heç nə alınmadı. Gənc, dəliqanlı həmvətənlərimizi sakitləşdirməyə çalışırdıq ki, provokasiyaya getməsinlər, aksiya əvvəldən sonadək polisin nəzarətindədir”.

Qeyd edək ki, həmyerlimizə boks millimizin keçmiş üzvü, yeniyermələr arasında dünya və Avropa birinciliklərinin mükafatçısı Zaur Teymurov və digərləri də dəstək olublar.

Həmin kateqoriyadan