Heç kimin tanımadığı kənd qızından şok qələbə

Biatlon üzrə dünya kubokunda (DK) mövsümün startı gözlənilməz nəticə ilə yadda qalıb.

Allsport.az xəbər verir ki, bu ilin kəşflərindən biri 24 yaşlı Üni Arnekleyv olub. Östersundda keçirilən DK-nın 1-ci mərhələsində norveçli estafetdə qalib gəlib, qarışıq təkdə 2-ci yer tutub və sprinti 3-cü sırada bitirib. O, ümumi sıralamada 6-cı olub.

Üni kənd qızıdır. O, ailəsinin qoyun və inək bəslədiyi Dovredəki fermada böyüyüb. Uşaqlıqda idmançı çox hiperaktiv olub. Yuni xizək sürmə, biatlon və futbolda özünü sınayıb. Bundan əlavə, o, fermada valideynlərinə kömək etmək üçün kifayət qədər enerji sərf edib.

Həmin kateqoriyadan