- Baxış sayı: 135
- 11 Noyabr 2026 11:35
- Baxış sayı: 350
- Noyabr 09, 2026
- 0

4-7 may tarixlərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə avarçəkmə üzrə “Prezident kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək. Allsport.az saytı xəbər verir ki, yarışlardan bir gün öncə, mayın 3-də Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq.
Reqata mayın 4-də Qarabağın dilbər guşələrindən olan Suqovuşanda start götürəcək. Turnir 5-6 may tarixlərində Mingəçevirdə davam edəcək. Turnirin mükafatlandırma mərasimi mayın 7-də Bakı bulvarında təşkil ediləcək.