- Baxış sayı: 121
- 25 İyun 2026 00:34
- Baxış sayı: 77
- İyun 26, 2026
- 0

Kişi idman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Nikita Simonov Macarıstanda qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, Sombatxey şəhərində təşkil edilmiş qran-pri yarışlarının final mərhələsində N.Simonov halqalar üzərində hərəkətlərdə hakimlərdən 14,500 xal alaraq, fəxri kürsünün ilk pilləsinə yüksəlib.
İlk üçlükdə Avstriya və İsrail gimnastları qərarlaşıblar.
Yarışda iştirak etmiş digər gimnastımız Cavidan Babayev isə təəssüf ki, final mərhələsinə adlaya bilməyib.