İdmançılar dopinqə və narkotikə yox deyir!

Dünya narkotiklə mübarizə aparan idmançılar federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan velosiped idmanı federasiyası və respublika olimpiya velosiped məktəbinin dəstəyi ilə respublika velotrekində “idmançılar dopinqə və narkotikə yox deyir!” şüarı ilə konfrans təşkil edilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə daxili işlər nazirliyi və milli antidopinq agentliyinin nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər.

Narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin hansı fəsadlara yol açması haqda danışan daxili işlər nazirliyi baş narkotiklə mübarizə idarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər. Tədbirdə qonaq qismində çıxış edən yunan-roma güləşçisi, Tokio yay olimpiya oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov, boks üzrə dünya çempionu və İslam həmrəyliyi oyunlarının qalibi Cavid Çələbiyev, uşu-sanda üzrə dünya çempionu Emil Hacıyev də idmançıların karyeralarına zərbə vurmamaları üçün pis vərdişlərdən hər zaman uzaq olmalarının əhəmiyyətini vurğulayıblar. Konfrans zamanı idmançıları maraqlandıran suallar da cavablandırılıb.

Həmin kateqoriyadan