İndikarın ilk mərhələsi keçirildi – VİDEO
3 mart 2025 / 14:14 Baxış sayı: 90 “Çip Qanassi Reysinq”in pilotu Aleks Palou İndikar seriyasının cari mövsümdə ilk mərhələsi olan Sent-Pitersberq qran prisini qazanıb.
Allsport.az xəbər verir ki, Palou üçün bu, karyerasında 12-ci, bu halqada isə ilk qələbəsidir.
İndikar. Sent-Pitersberq qran prisi (ilk 10-luq):
- Aleks Palou (“Çip Qanassi Reysinq”) – 100 dövrə.
- Skott Dikson (“Çip Qanassi Reysinq”) +2,8 san.
- Cozef Nyuqarden (“Tim Pensk”) +6.2.
- Skott Makqloklin (“Tim Pensk”) +8,6.
- Kayl Kirkvud (“Andretti Qlobal”) +10,9.
- Markus Eriksson (“Andretti Qlobal”) +23,0.
- Feliks Rosenqvist (“Meyer Şank Reysinq”) +24.2.
- Kristian Lundqor (“Arrou Maklaren”) +32,2.
- Rinus Vikey(“Deyl Koyn Reysinq”) +38,9.
- Aleksander Rossi (“Ed Karpenter Reysinq”) +42.3.
Martın 23-də “Termal klub” halqasında İndikarın növbəti mərhələsi keçiriləcək.