- Baxış sayı: 50
- 03 Avqust 2026 13:56
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

İslam Mахаçevlə İen Qerri avqustun 16-da Filadelfiyada keçiriləcək UFC-330 turnirində üz-üzə gələcəklər.
Allsport.az xəbər verir ki, turnirin prezidenti Dana Uayt yarımağır çəki dərəcəsində çempionluq uğrunda keçiriləcək döyüşlə bağlı fikirlərini bölüşüb:
“Düşünürəm ki, bu, əla döyüş olacaq. İen Qerrinin bacarıqlarına baxsanız, rəqiblərini narahat etməyi bacaran döyüşçüdür. Onun teykdaunlardan müdafiəsi çox yüksək səviyyədədir. Görək, bu döyüşdə ayaqüstə qala biləcəkmi? Aydındır ki, əgər kətana yıxılmaqdan yayınsa, Qerri İslam üçün çox ciddi təhlükə yarada bilər”.
İslam Mахаçev MMA-da keçirdiyi 29 döyüşün 28-də qələbə qazanıb. İen Qerri isə 22 qarşılaşmada 21 qalibiyyət əldə edib.