“Məni məğlub etmək olar, amma bunu kim bacaracaq?”

“Məni məğlub etmək olar, amma bunu kim bacaracaq?”

“Məni məğlub etmək mümkündür. Amma bunu kim bacaracaq?”

Allsport.az xəbər verir ki, bunu UFC-nin iki çəki dərəcəsində çempionu olan rusiyalı MMA döyüşçüsü İslam Maxaçev məşqlərə münasibətindən danışarkən deyib.

O, rəqiblərindən daha çox çalışdığına əmin olduğunu bildirib:

“Kim məndən çox məşq edir? Bilirəm ki, heç kim məndən çox məşq etmir. Mən həm mənəvi, həm də fiziki cəhətdən hazıram və istənilən rəqiblə döyüşə bilərəm”.

Maxaçev avqustun 16-da ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək UFC-330 turnirində irlandiyalı İan Qarri ilə qarşılaşacaq. Döyüş yarımorta çəki dərəcəsində UFC çempionluq kəməri uğrunda baş tutacaq.

Həmin kateqoriyadan