- Baxış sayı: 42
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

ACA prezidenti Məhəmməd Bibulatov PFL-in yüngül çəkidə çempionu Usman Nurməhəmmədovun amerikalı Arçi Kolqanla qarşıdakı döyüşü barədə fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, Bibulatov həmyerlisinin rəqiblərindən xeyli üstün olduğunu bildirib:
“Usman Nurməhəmmədov elə bir çempiondur ki, digərlərindən bir baş üstündür və bunu hər döyüşündə sübut edir. Arçi yaxşı güləşçidir. Usmanın da dediyi kimi, hər döyüşçünün bir yanacaq çəni var və o, nə vaxtsa tükənəcək. Düşünmürəm ki, Kolqan Usman üçün rəqabətədavamlı rəqib olsun”.
Usman Nurməhəmmədov – Arçi Kolqan döyüşü avqustun 1-nə keçən gecə Nyu Yorkda keçiriləcək.