İtaliya mətbuatı Bakıda keçiriləcək Formula-1 qran-pridən yazdı

İtaliyanın aparıcı idman kanalları, informasiya portalları Bakıda keçiriləcək Formula-1 üzrə qran-pri haqqında növbəti məqalələr yaymaqdadır. Allsport.az saytı Azertac.az-a istinadən xəbər verir ki, yazılarda əsasən yarışların 2016-cı il mövsümünün təqvimindən bəhs olunur, Azərbaycanda Formula-1-ə hazırlıqla bağlı məqamlara toxunulur.

Xüsusilə “Formula-1” idman növü üzrə ixtisaslaşmış “Formula passion” portalı ölkəmizdə keçiriləcək yarışlar haqqında geniş məlumat verərək, təşkilatçı “Baku City Circuit” şirkətinin icraçı direktoru Arif Rəhimovun fikirlərinə də yer ayırıb. O, Bakı Formula-1 trasının bu mövsümdə ən sürətli şəhər trası olacağını, paytaxtımızın qədim və müasir küçələrindən keçəcəyini, şəhərin ən gözəl məkanlarını nümayiş etdirəcəyini bildirib.

O deyib: “Bu cür yarışlar vasitəsilə biz cazibədar turizm məkanlarından olan Bakının gözəlliklərini göstərməyə çalışırıq. Çoxlu sayda izləyicisi olan Formula-1 bu məqsədə çatmaq üçün möhtəşəm platformadır”.
Azad Rəhimov, eyni zamanda, müxtəlif ölkələrdə keçirdikləri görüşlər, təcrübə mübadiləsi, yarışın uğurlu təşkili üçün lazımi tədbirlərlə bağlı məlumat verib.

Həmin kateqoriyadan