İvanova şəhərində ciu-citsusu üzrə seminar

Rusiyanın İvanova şəhərində Brazilya ciu-citsusu üzrə 2-ci dərəcə qara kəmər sahibi və bu döyüş sənətinin Azərbaycanda banisi olan Taleh Həsənov (şəkildə öndə sağda) tərəfindən seminar təşkil edilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə 7 klub və 150-yə yaxın idmançı yer alıb.

Azərbaycan Braziliya ciu-citsu klubu ictimai birliyi tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim edilib, bəzi müəllimlər kəmər atestasiyasından keçib. Bir qrup müllimə isə məşqçilik serifikatları təqdim edilərək müqavilələr imzalanıb.

Seminar çərçivəsində həmyerlimiz Şahsuvar Məhəddinovun rəhbəri olduğu “Şah döyüş klubu” ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Əldə olunan razılığa görə, həmin klubla birlikdə yarışlar təşkli olunacaq və klub həmin yarışlarda Azərbaycanı təmsil edəcək.

Seminarın təşkilatçılığını İvanova şəhərində fəaliyyət göstərən Azərbaycan diasporası və sözügedən idman növü ilə məşqul olan həmin şəhərin deputatı Yekaterina Kapılova edib. O, həm də seminarda iştirak edərək sertifikat əldə edib.

Həmin kateqoriyadan