- Baxış sayı: 62
- 05 Oktyabr 2024 14:49
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Avstraliyalı üzgüçü Kayli Makkon 200 metr məsafəyə arxası üstə üzmədə dünya rekordunu müəyyənləşdirib. Allsport.az xəbər verir ki, Sidneydə keçirilən Cənubi Uels ştat çempionatında o, məsafəni 2 dəqiqə 3,14 saniyəyə qət edib.
Bundan əvvəlki göstərici amerikalı Reqan Smitə (2:03,35) məxsus idi. O, 2019-cu ilin iyul ayında rekord qırmışdı.
Kayli Makkon 3-qat olimpiya çempionu (Tokio-2020), dünya çempionu (2022), 6-qat dünya çempionatının gümüş mükafatçısı (2017, 2019, 2022), gənclər arasında 2018-ci il olimpiya çempionudur.