- Baxış sayı: 30
- 12 May 2024 16:42
- Baxış sayı: 99
- May 09, 2024
- 0
17-18 oktyabrda Parisdə keçirilən “Böyük dəbilqə” turnirindən sonra, cüdo millimiz beynəlxalq təlim-məşq toplanışı məqsədi ilə Fransada qalıb.
Allsport.az saytı xəbər verir ki, hazırlıqda yığmamıza rəhbərlik səviyyəsində yüksək dəstək var. ACF-in vitse-prezidenti Elnur Məmmədli keçmiş həmkarlarına tatamidə kömək edir. Olimpiya çempionumuz kimono geyinərək, onlarla ikitərəfli tutaşmalar keçirir.
Xatırladaq ki, Rüstəm Orucovun (73 kq) sayəsində 1 gümüş medal qazanan millimizi qarşıda daha bir ciddi sınaq gözləyir. 30 oktyabr – 1 noyabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə Rio-2016-ya lisenziya xalları verən daha bir Böyük dəbilqə” təşkil olunacaq.