Məmmədəli Mehdiyev də medalsız qaldı

Rio-2016-da cüdoçuların çıxışı davam edir. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Məmmədəli Mehdiyev (90 kq) 1/16 final mərhələsindən debüt edib. Avropa kubokunun qalibi rusiyalı Kiril Denisova ipponla qalib gəlib. salıb. Sonra təmsolçimiz yerli Tyaqo Kamilonu üstələyib.

1/4 finalda cüdoçumuz koreyalı Donqan Qvaka uduzub. Təsəlliverici görüşdə həm həmyerlimiz monqolustanlı Otqonbaatar Lxaqvasurenə məğlub olaraq, mübarizəni dayandırıb.

Millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. Onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurublar. Rüstəm Orucov (73 kq) gümüş medala yiyələnib.

Həmin kateqoriyadan