- Baxış sayı: 61
- 11 May 2026 15:09
- Baxış sayı: 38
- May 11, 2026
- 0

Kişi basketbol millilərinin FİBA reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, cədvəldə 164 komandası yer alıb. Azərbaycan seçməsi 13 aylıq fasilədən sonra siyahıya qayıdıb.
Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız, bu fəaliyyətsizliyinə son verdikdən sonra əmsala daxil edilib. Aleksandar Trifunoviçin komandası Maltada kiçik ölkələrin Avropa çempionatında çıxış edib.
Hesabında 78,5 xal olan millimiz dünyanın 113-cü komandasıdır. Avropa ölkələri arasında 45-cidir.