Millinin kapitanı: Kayl finalda mənimlə tam başqa cür güləşdi

Ötən il Budapeştdə keçirilmiş dünya çempionatında finalda Kayl Duqlasa yenilən Cəbrayıl Həsənov, Nur-Sultanda da ABŞ bahadırı ilə bacarmadı. Allsport.az saytına müsahibəsində təcrübəli sərbəst güləşçi durumu belə izah etdi:

– Özümü natahat hiss edirdim. Finalda bu, öz sözünü dedi. Macarıstanda da onunla alınmamışdı, indi də. Qismət beləymiş.

– Demək, səhvdən nəticə çıxarılmayıb?
– Kayl mənimlə tam başqa cür güləşdi. Həmimə tutaşıb güləşirdim, bu dəfə ayrı taktika seçmişdi.

– Yerdən güləşirdi…
– Tamamilə doğrudur. Yerdən və qaça-qaça güləşirdi. 2 məqam oldu ki, orda da xal ala biımədim.

– Ayağa girdikdə, rəqibi qaldıra bilmədiniz. Nə mane oldu?
– Bəli. Əlimdə ağrılar vardı deyə, imkandan yarralana bilmədim. Düzü, uduzmuşam, səbəblər axtarmaq lazım deyil. Bu vəziyyətlərdən xal alsaydım, indi sizinlə qızıl medalçı kimi söhbətləşərdim.

– Cəbrayıl, son müsahibələrinizdə dediniz ki, çəkinizi aşağı salmağı düşürürsüz.
– Hazırda 82 kiloyam. Qaldırsam, çətin olacaq. Elə yendirmək də. Yaxın müddətdə bilinəcək. Federasiya rəhbərli və məşqçilər heyəti nə məsləhət bilsə, o olacaq. Belədə, özümü bir yarış yoxlayaram, görüm hansısa uyğunam, hansında alınır.

Amma nəzərə alın ki, 74 kq-da rusiyalı Zaurbəy Sidakov, italiyalı Frank Çamizo və ABŞ-lı Cordan Barrauz kimi çempiom güləşçilər var.
– Onlar haqda düşünmək hələ tezdir. Qoy duruma aydınlıq gəlsin, sonra. Hər çəkidə çətin rəqiblər var. Yaxşı hazırlaşmaq lazımdır. Tokio olimpiadasına yollanmaq istəyirəmsə, yüksən hazırlıqda olmalıyam. Ora mən gəzməyə deyil, medal üçün gedəcəyəm.

Kamran HACI, Nur-Sultan

Həmin kateqoriyadan