“Mingəçevir reqatası-2023” beynəlxalq federasiyanın təqvim planında

Allsport.az xəbər verir ki, Azərbaycanda keçiriləəck yarış Avropa kanoe assosiasiyasının təqvim planında yer alıb. Qurumun rəsmi internet səhifəsində yarışla bağlı məlumat paylaşılıb:

“25-27 oktyabr 2023-cü il tarixlərində beynəlxalq “Mingəçevir reqatası-2023” keçiriləcək. Yarışlar avarçəkmə və kanoe idman növlərini ölkədə inkişaf etdirmək məqsədi ilə təşkil olunur. Məqsəd insanların sağlamlığını möhkəmləndirmək, avarçəkmə və kanoe idman növlərini əhali arasında populyarlaşdırmaq, idmançıların ustalıq səviyyəsini yüksəltməyə çalışmaqdır.

Bunu nəzərə alaraq, gənclər və idman nazirliyi və Azərbaycan kanoe və avarçəkmə federasiyası idmançıların və məşqçilərin yarış günlərində qonaqlama, yemək, akkreditasiya haqları və transfer xərclərini ödəyəcək. Səyahət xərcləri komandalar tərəfindən qarşılanır.”

Həmin kateqoriyadan