Mingəçevir reqatasının ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc

Mingəçevir reqatası-2023 beynəlxalq turnurində birinci gün geridə qalıb. 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışın ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

1-nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyub.

2-yerlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlülərdə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulovİman Həsənov cütlüyü finişə 1-ci çatıb. Nihad QuliyevŞahin İsayev 3-cü yeri yutublar.

1-nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlülərdə Cahangir Məmmədli gümüş medal qazanıb.

Həmin kateqoriyadan