Mingəçevirdə avarçəkmə üzrə çempionata start verildi

Gənclər və İdman Nazirliyi, Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçirilir.

Allsport.az xəbər verir ki, yarışların ilk günündə, 13 sentyabr tarixində rəsmi açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Açılış mərasimində çıxış edən rəsmilər ölkəmizdə dövlət tərəfindən idmana, idmançılara göstərilən diqqətdən söz açıb. Qeyd olunub ki, bu gün ölkəmizdə irimiqyaslı idman tədbirləri təşkil olunur, idmançılarımız müxtəlif beynəlxalq turnirlərdə uğurlu nəticələr qazanır. Bu da dövlət başçısı Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycan idmanına xüsusi qayğısının nəticəsidir.

Açılış mərasimindən sonra yarışlara start verilib. “Kür” olimpiya tədris-idman mərkəzində təşkil olunan çempionatda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparır. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışır.

Həmin kateqoriyadan