Mingəçevirdə ölkə birinciliyi

11 martda Azərbaycan kanoe və avarçəkmə federasiyası Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində ölkə birinciliyi təşkil edib. Allsport.az saytı xəbər verir ki, “Gənclər kuboku” adı altında təşkil olunan turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə-gənclər mübarizə aparıblar.

Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışıblar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin yarışı izləməyə gələn tamaşaçılara da müxtəlif hədiyyələr təqdim olunub.

4-7 may “Prezident kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunan bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər kuboku”nda fərqlənənlər bu yarışda iştirak hüququ qazanıblar.

Həmin kateqoriyadan