- Baxış sayı: 113
- 09 Avqust 2026 13:33
- Baxış sayı: 79
- Avqust 10, 2026
- 0

Ümummilli liderin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident kuboku-2023” beynəlxalq reqatasında komandaların rəsmi keçidi olub. Allsport.az saytı xəbər verir ki, tədbir Mingəçevirdə Heydər Əliyev prospektində baş tutub.
Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar onun abidəsini ziyarət ediblər. Mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı gücünü sınayacaq.
Yarışın ilk mərhələsi Suqovuşanda gerçəkləşib. Növbəti iki mərhələ Mingəçevirdəki “Kür” olimpiya tədris-idman mərkəzində olacaq. Mükafatlandırma və bağlanış mərasimi Bakıda keçiriləcək.