- Baxış sayı: 89
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 89
- Sentyabr 24, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov, ölkəmizdə səfərdə olan ABŞ-in idman mütəxəssisləri Con Smit və Sali Robertsi qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüş zamanı nazir qonaqları salamlayıb və ölkəmizdə keçirəcəkləri görüşlərin faydalı olacağına inandığını bildirib.
Səmimi qəbula görə təşəkkür edən amerikalı mütəxəssislər Azərbaycan idmanı ilə yaxından maraqlandıqlarını və idmançılarımızın uğurları barədə məlumatlı olduqlarını vurğulayıblar.