FOTO
Nazirlərdən “Offroad” yürüşünə dəstək

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə dekabrın 19-u və 20-də “Offroad” yürüşü keçirilib. Allsport.az xəbər verir ki, 25 “Offroad” avtomobilinin iştirakı ilə iki gün ərzində keçirilən yürüş Qəbələ-Oğuz-Şəki-Zaqatala marşrutu üzrə təşkil edilib.

Yürüşdə məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır. Yürüş zamanı gənclər və idman naziri Azad Rəhimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov federasiya üzvləri və müxtəlif yarışlarda qələbələr əldə etmiş “Offroad” komandası ilə görüşüblər.

Qeyd edək ki, Avtomobil Federasiyasının dəstəyi ilə Azərbaycan komandası müxtəlif “Offroad” yarışlarında, o cümlədən bu il Türkiyədə keçirilən “Offroad” yarışlarında iştirak edib. “Offroad” klubu bu il dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobilçilərdən ibarət “Dünya bizimdir” adlı beynəlxalq ekspedisiyada da təmsil olunub.

Həmin kateqoriyadan