“Neftçi”nin voleybolçuları ədalətli idman gününə dəstək olub

Kişilərın yüksək liqasında “Neftçi” və “Murov” komandaları arasında oyun zamanı voleybolçularımız ədalətli idman gününə dəstək verdilər.

Allsport.az saytı xəbər verir ki, dopinqə qarşı qətiyyətlə mübarizə aparan milli antidopinq agentliyi, rəqibə və qaydalara hörmət, dürüstlük, sağlam rəqabət kimi dəyərlərin geniş idman ictimaiyyəti arasında yayılmasında voleyboçularımızın əvəzsiz töhfəsi olacağına əmindir.

Ədalətli idman hərəkatının sıralarının genişlənməsi daha çox idmançıya rəqibə ədalətlə yanaşmaq və təmiz qələbə hisslərini aşılamaq yolunda olduqca əhəmiyyətli rol oynayacaq.

Həmin kateqoriyadan