“Olimpiya ümidləri”ndə 2 azərbaycanlı avarçəkən

Azərbaycan kanoe və avarçəkmə federasiyası yeniyetmə və gənclərin bu idman növündə inkişafına böyük diqqət ayırır. Allsport.az saytı xəbər verir ki, təlim-məşq toplanışları və yerli turnirlərlə yanaşı beynəlxalq arenalarda çıxışlar idmançılarımız üçün xüsusi təcrübədir. AKAF bu mənada yeniyetmə və gənc idmançıların müxtəlif beynəlxalq yarışlarda iştirakını təmin etməklə onların təcrübə toplaması üçün şərait yaradır.

Belə turnirlərdən biri də Slovakiyanın paytaxtı Bratislavada keçirilib. “Olimpiya ümidləri” adı altında təşkil olunan yarışlarda 2 idmançımız iştirak edib. Gülnarə Həmzəzadə 200 və 500 metr məsafəyə yürüşlərdə kanoedə, Maarif Qarayev isə 200 və 500 metr məsafəyə kayakda qüvvəsini sınayıb. Onlar üçün bi sınaq gələcək inkişaf və perspektiv baxımından böyük təcrübə olub.

“Olimpiya ümidləri”ndə 40 ölkənin avarçəkənləri iştirak ediblər.

Həmin kateqoriyadan